Afyonkarahisarda zəlzələ olub. AFAD saat 06:24-də baş verən zəlzələ ilə bağlı ilk məlumatı yayıb. Şiddətli zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
KONKRET.az xəbər verir ki, ölkənin hər yerindən qorxulu xəbərlər gəlməkdə davam edir. Sonuncu zəlzələ Afyonkarahisarda baş verib.
Fövqəladə Hallar və Təcili Yardım Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, Afyonkarahisarın mərkəzində 4,4 bal gücündə zəlzələ baş verib. Saat 06:24-də baş verən zəlzələnin dərinliyi 6,99 kilometr olub. Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Bölgə əhalisi böyük çaxnaşma yaşayıb. Zəlzələ anı mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərdə yellənən çilçıraq və böyük qorxu içində olan kiçik qızın ağlaması da yer alıb. Vətəndaşlar təşviş içində küçələrə axışıb.
Şiddətli zəlzələdən sonra Afyonda saat 06.27-də 3.1 bal gücündə, 06.30-da isə 3.6 bal gücündə zəlzələ baş verib.
Zəlzələlərin vaxtını və intensivliyini real vaxt rejimində izləmək mümkündür. AFAD-ın açıqladığı siyahıda İzmir, İstanbul, Malatya Kahramanmaraş, Hatay, Düzce, Muğla, Tokat, Bingöl, Manisa və bir çox digər əyalətlər üçün son dəqiqə zəlzələ məlumatları yer alıb.
Günel Mikayılova,
KONKRET.az