Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatdı – YENİLƏNİBbackend

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatdı - YENİLƏNİB

Türkiyədə zəlzələlər nəticəsində ölənlərin sayı 22 327 nəfərə çatıb, 80 278 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi bildirib.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Suriya və Türkiyədə qurbanların sayının 40 mini keçəcəyini proqnozlaşdırır.

***

15:33

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 937 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Təbii fəlakət nəticəsində 80 088 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*