Türkiyədə zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatdı – YENİLƏNİB-6backend

Türkiyədə zəlzələdə ölənlərin sayı 1 762 nəfərə çatdı - YENİLƏNİB-6

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

21:18

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay açıqlayıb.

17:41

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

KONKRET.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

***

16:14

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

KONKRET.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

14:14

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

***

11:12

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. 

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

09:03

Kahramanmaraşın Pazarcık rayonunda yerli vaxtla saat 04:17-də 7,4 bal gücündə zəlzələ baş verib.

KONKRET.az TRT Haber”ə istinadən xəbər verir ki, zəlzələ bir çox şəhərlərdə hiss olunub.

Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) yerli vaxtla saat 06:30-a olan zəlzələdə 7 vilayətdə 76 nəfərin həyatını itirdiyini, 440 nəfərin isə yaralandığını açıqlayıb.

İlkin məlumatlara görə, indiyədək Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman və Malatyada 76 nəfər həyatını itirib.

Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Malatya, Osmaniye, Hatay və Kilisdə isə 440 nəfər yaralanıb.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*