Türkiyədə zəlzələdə ölənlərin sayı 9 mini keçdi – YENİLƏNİB-5backend

Türkiyədə zəlzələdə ölənlərin sayı 9 mini keçdi - YENİLƏNİB-5

Türkiyədə baş verən zəlzələlərdə 9 min 57 nəfər həyatını itirib, 52 min 979 nəfər yaralanıb, 6 min 444 bina dağılıb.

KONKRET.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda açıqlama verən zaman deyib.

15:04

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.

***

12:38

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 40 910 nəfər yaralanıb.

***

11:55

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

***

10:42

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

***

08:22

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*