Türkiyədəki azərbaycanlı tələbələr Bakıya yola salınırbackend

Türkiyədəki azərbaycanlı tələbələr Bakıya yola salınır

“Türkiyədə zəlzələ baş verən ərazidəki azərbaycanlı tələbələr ölkəmizə yola salınacaqlar”.

KONKRET.az bildirir ki, bununla bağlı Oxu.Az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Qeyd edilib ki, tələbələrə kömək edilməsi, mümkün olduqda isə Azərbaycana göndərilməsi nəzərdə tutulur:

“İndi daha çox zəlzələdən əziyyət çəkən azərbaycanlıları müəyyənləşdirmək və kömək etmək üçün çalışırıq. Hava şəraiti əlverişli deyil. Qar və çovğun var. Mümkün olduqda, tələbələrin Azərbaycana göndərilməsini həyata keçirəcəyik. Bu istiqamətdə iş aparılır. Məlumat veriləcək”.

Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən şəhərlərində yaşayan azərbaycanlı tələbələr sosial şəbəkələrdə paylaşım edərək, Azərbaycana göndəriləcəklərini, bir yerə toplaşmaq üçün tapşırıq verildiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*