Türkiyədən Azərbaycana avtomobil ixracı artıbbackend

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb

2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bidiriblər.

Nazirlikdən qeyd ediblər ki, dekabr ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44,65 faiz artıb və 11,020 milyon dollar təşkil edib. Qeyd edək ki, 2019-cu ildə Türkiyədən avtomobil ixracı 2018-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz azalaraq 30,594 milyard dollar və ya Türkiyənin ümumi ixracının 17 faizini təşkil edib.

2019-cu ilin dekabr ayında Türkiyədən avtomobil ixracı 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz artıb və 2,544 milyon dollar və ya ümumi ixracın 16,5 faizini təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar təşkil edib. Sözügedən dövr ərzində ixrac 2018-ci ilin noyabr ayı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollar təşkil edib.

2019-cu ilin noyabr ayında Türkiyəyə idxal 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,7 faiz artıb və 17,737 milyard dollar təşkil edib.

Xatırladaq ki, Türkiyə avtomobil istehsalı üzrə Avropada altıncı yeri tutur. Ölkədə “Ford”, “FIAT”, “Renault”, “Toyota”, “Honda”, “Opel”, “Hyundai”, “Mercedes-Benz”“MAN” avtomobil markaları yığılır. Bundan əlavə, Türkiyədə yerli markalı avtobuslar da istehsal olunur – “BMC”, “Temsa” “Otokar”. (trend)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*