Türkiyəli ekspertin iddiası aləmi bir-birinə qatdı: Zəlzələni ABŞ süni şəkildə yaradıb? – DETALLARbackend

Türkiyəli ekspertin iddiası aləmi bir-birinə qatdı: Zəlzələni ABŞ süni şəkildə yaradıb? - DETALLAR

Qardaş Türkiyədə baş verən güclü zəlzələ bütün dünyanın gündəmini zəbt edib. Hazırda ən çox müzakirə edilən mövzu bunun təbii fəlakət, yoxsa süni yaradılan tektonik hadisə olması ilə bağlıdır. Aydın məsələdir ki, zəlzələ, sel, firtına, qasırğa və bu kimi hadisələr təbii fəalkət nəticəsində yaranır. Lakin bəzən dövlətlərin hazırladıqları süni yeraltı partlayışlar da zəlzələ effekti verə və dağıntılara səbəb ola bilir. Ona görə də, bəzi ekspertlər Türkiyədəki zəlzələnin süni şəkildə yaradılması ehtimalını səsləndirirlər.

KONKRET.az xəbər verir ki, aparılan real təhlillər bəzi insanların bu ehtimallara inanmasına səbəb olur. Məsələn, türkiyəli ekspertlərdən biri zəlzələ ilə bağlı bu cür iddia ortaya qoyub: “Zəlzələ baş verməzdən bir müddət öncə 9 avropa ölkəsi terror bəhanəsi ilə Türkiyədəki konsulluqlarını bağladı. Hətta Fransa da bu siyahıda yer aldı. Bütün bunlar azmış kimi bəzi ölkələrin səfirlikləri Türkiyəyə səfər edəcək vətəndaşlarını açıq şəkildə yolçuluqdan çəkinməyə çağırdı. Buna səbəb kimi yenə də terror ehtimalı bəhanə gətirildi”.

Ekspert daha sonra fikirlərini belə davam etdirib: “Amerikaya aid bir döyüş gəmisi Bosfor boğazında dayandı. Bu gəmi normalda Türkiyədən tranzit kimi istifadə edərək Yunanıstana keçməli idi. Belə isə gəminin boğazda dayanması bir sıra suallar doğurur. Digər tərəfdən, gəmi boğazdakı Dolmabahçe Sarayında lövbər saldı və ABŞ səfiri oradan Türkiyəyə mesajlar verdi.  Belə ki, böyük ABŞ bayrağı fonunda kiçik Türk bayrağı yer aldı. Bəs gəminin sonrakı aqibəti necə oldu? Sözügedən gəmi yenə də Yunanıstan istiqamətinə hərəkət etmədi, əvəzində “Gölcük” donanmasında (Mərmərə dənizinin şərq sahilində, Türkiyə Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin yerləşdiyi Gölcük Dəniz Bazası) lövbər saldı. Bəs görəsən bu gəmi nəyi gözləyirdi? Niyə zəlzələ baş verənə qədər gəmi Türkiyə sularında üzdü? Bu, çox önəmli bir məsələdir. Məşhur seysmoloq Frank Hoogerbeets Türkiyənin cənub-şərqində 7,5 bal gücündə zəlzələ baş verəcəyini 3 gün öncədən xəbər verdi. Yəni ABŞ döyüş gəmisinin Türkiyəyə gəldiyi və Avropa ölkələrinin konsulluqlarını bağladığı bir vaxtda seysmoloq Frank Hoogerbeets belə bir Twvit atıb. Bəs görəsən bu cür təsadüf ola bilərmi?”, – deyə türkiyəli ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*