Türkiyənin 18 vilayətində PKK-ya qarşı əməliyyat başladı – “Yeni Şafak”backend

Türkiyənin 18 vilayətində PKK-ya qarşı əməliyyat başladı - “Yeni Şafak

Türkiyə təhlükəsizlik qüvvələri ölkənin 18 vilayətində qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyat keçirib.

KONKRET.az “Yeni Şafak”a istinadən xəbər verir ki, əməliyyat zamanı 90 şübhəli saxlanılıb.

“Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik qüvvələri separatçı terror təşkilatı PKK-ya qarşı Şanlıurfa mərkəzli 18 ildə “Yuxu Hücrəsi” əməliyyatına başlayıb. Bu günə qədər əməliyyat çərçivəsində 90-a yaxın şübhəli saxlanılıb”, – məlumatda qeyd edilir..

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Ankaranın mərkəzində nazirlik binası yaxınlığında terror aktına cəhd edildiyini bildirmişdi.Nazir terror aktı zamanı  bir terrorçunun özünü partladıb, digərinin isə zərərsizləşdirildiyini açıqlayıb. Atışma zamanı iki polis əməkdaşı yüngül yaralanıb.

Məlumata görə, terror aktına cəhdə görə məsuliyyəti PKK terror qruplaşması öz üzərinə götürüb.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*