“Türkiyə Rusiyanın “Su-57” təyyarələrini almağı nəzərdən keçirir”.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Ankara Vaşinqtondan artıq xidmətdə olan Türkiyə “F-16”ları üçün 40 ədəd “F-16 Block 70” qırıcı və 80 ədəd “Block 70” təkmilləşdirmə dəsti istəyib.
ABŞ bununla razılaşmasa, Türkiyə alternativ olaraq Rusiya “Su-57”lərini almağı düşünür.
Mətbuatın yazdığına görə, Türkiyənin tək alternativi Rusiya “Su-57”ləri deyil. Belə ki, Türkiyə hökuməti Fransa və Böyük Britaniyadan təyyarələrin alınması variantlarının da nəzərdən keçirəcək.
Vəsilə İbrahim,
KONKRET.az
