Türkiyənin bu açıqlamasını qəbul etmirik – Kremlbackend

Türkiyənin bu açıqlamasını qəbul etmirik - Kreml

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyada keçirilən parlament seçkilərinə toxunub.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, türkiyəli nazir Krımda keçirilən Duma seçkilərinin legitimliyini tanımadıqlarını bəyan edib.

Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankranın mövqeyindən narazı qalıb:

“Kreml Ankaranın Krımda keçirilən seçkilərin qeyri-legitimliyi barədə açıqlamasını qəbul etmir və bunu türkiyəli həmkarlarına açıq şəkildə söyləyir”.

Peskov Ankaranın Krım məsələsi ilə bağlı mövqeyini qarşıdakı illərdə dəyişəcəyinə ümid etdiklərini əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*