“Türkiyənin Ermənistanla bağlı siyasəti aqressivləşəcək” – Türkoloqbackend

"Türkiyənin Ermənistanla bağlı siyasəti aqressivləşəcək" - Türkoloq

“Türkiyənin Ermənistana qarşı siyasəti daha dözümsüz və aqressiv olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Melkonyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, artıq 17-ci dəfə seçkilərdə (parlament, prezident, yerli özünüidarə, konstitusiya referendumu) qalib gələn Ərdoğan siyasi rekorda imza atıb.

“Türk siyasi elitası və cəmiyyətinin böyük əksəriyyəti millətçidir. Bu, dövlət siyasətinə birbaşa təsir edir və bundan sonra da təsir edəcək. Hətta daha dözümsüz olacaq”, – deyə Melkonyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Ərdoğanı tələsik təbrik etməsi də Türkiyənin İrəvana münasibətini dəyişməyəcək.

“Bu seçkilərdən sonra Ərdoğanın özünü “Regional Kadastr Komitəsinin sədri” elan etmək üçün daha böyük ambisiyaları olacaq…”, deyə türkoloq yazır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*