Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyi ölkəmizə səfər edib.
Bu barədə KONKRET.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Zəfər Günü münasibətilə Azərbaycan Ordusunda keçiriləcək silsilə tədbirlərdə ölkəmizdə səfərdə olan tarixi hərbi musiqi birliyinin ifasında musiqi nömrələri təqdim olunacaq.
