Türkiyənin Qara dəniz sahillərində naməlum dron aşkarlandıbackend

Türkiyənin Qara dəniz sahillərində naməlum dron aşkarlandı

Türkiyənin Qara dəniz sahilində yerləşən Zonguldak vilayətinin yaxınlığında dənizdə naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

KONKRET.az xəbər verir ki, İHA-nın məlumatına görə, dronu Alaplı limanı yaxınlığında balıqçılar görüblər. Onlar dərhal yerli hakimiyyət orqanlarına məlumat veriblər.

Hadisə yerinə sahil mühafizə qüvvələri cəlb olunub. Dron təhlükəsizlik məqsədilə nəzarətli şəkildə partladılaraq zərərsizləşdirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində limanın ətrafındakı ərazi müvəqqəti olaraq bağlanıb.
Dronun kimə məxsus olduğu hələlik müəyyən edilməyib.

Qeyd edək ki, son vaxtlar Türkiyənin Qara dəniz sahilində yerləşən bir sıra vilayətlərində pilotsuz uçuş aparatlarına aid müxtəlif qalıqlar dəfələrlə aşkarlanıb.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*