Türkiyənin TOGG elektromobilinin ilk sifarişçisi məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin TOGG elektromobilini sifariş edib.
Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin ilk elektromobilinin təqdimatı olub.
Elektrikli avtomobilin təqdimatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak edib.
Xuraman Etibarlı,
KONKRET.az
