Türkiyə vətəndaşı İrəvanın mərkəzində mahnı oxuyub, ermənilərə çağırış edib.
KONKRET.az xəbər verir ki, iki türkiyəli turist Ermənistanın paytaxtı İrəvanda olublar. Onlar “genosid” abidəsinin içərisinə daxil olublar və biri “Türkiyəm” mahnısını oxuyub. Daha sonra abidənin mərkəzində yanan alovu göstərərək ermənilərə və onlar kimilərinə çağırış edib.
“Bu alovdan dərs alın. Biz barış və qardaşlıq istəyirik. Kimsənin torpağında gözümüz yoxdur, lakin bizim torpaqlarda gözü olanı parçalayarıq, gözünü də oyarıq”, – deyə türkiyəli turist bildirib.
Həmin videonu təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
