Türkmənistan Prezidenti DİN və DGX rəhbərlərinə TÖHMƏT VERDİbackend

Türkmənistan Prezidenti DİNDGX rəhbərlərinə TÖHMƏT VERDİ

Türkmənistan Prezidenti Daxili İşlər Nazirliyi və gömrük xidmətinin rəhbərlərinə töhmət verib.

KONKRET.az xəbər verir ki, bu barədə iyulun 30-da Türkmənistanın “Orient” agentliyi məlumat yayıb.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iki yüksək vəzifəli məmura töhmət verib.

Qeyd olunur ki, Berdiməhəmmədov Təhlükəsizlik Şurasının iclasında daxili işlər naziri Muhammet Xıdırova “işində yol verdiyi nöqsanlara görə” töhmət verib. İclasda o, dövlət yanğın təhlükəsizliyi xidmətinin işinin təşkili barədə məlumat verib.

Bundan başqa, Türkmənistan Dövlət Gömrük Xidmətinin sədri Maksat Xudaykuliyevə “son xəbərdarlıqla şiddətli töhmət” verilib.

Qeyd olunur ki, hər iki məsul şəxsə işdəki nöqsanların qısa zamanda aradan qaldırılması tapşırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*