Üç ölkənin liderləri bir araya gələcək: Nazirlər toplanırbackend

Üç ölkənin liderləri bir araya gələcək: Nazirlər toplanır

Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin toplantısı müzakirə olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini – xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə 27-28 noyabrda Türkiyədə səfərdə olacaq.

Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, qarşıdakı dövrdə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli zirvə toplantısına ilkin hazırlıqlar da müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*