Uçuş qaydaları Nazirlər Kabinetinə təqdim edildi – RƏSMİbackend

Uçuş qaydaları Nazirlər Kabinetinə təqdim edildi - RƏSMİ

“Son müntəzəm uçuş 28 martda Rusiyaya, ölkədaxili isə aprelin 2-də Naxçıvana olub”.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

O bildirib ki, karantin dövründə yükdaşımalarla bağlı uçuşlar davam etdirilib:

“Azərbaycan 10-dan artıq dövlətə humanitar yardım edib. Aprel-may aylarında Operativ Qərargahın qərarlarına əsasən, 25 minə yaxın sərnişin çarter reyslərlə daşınıb. Bura Azərbaycandan gedən və gələnlər daxildir. Pandemiya dövründə uçuş qaydaları hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Bir çox ölkələr Azərbaycana uçuşları bərpa etmək istəyirlər. İlk sırada Türkiyə, Rusiya, Macarıstan var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*