UEFA klublarımızın hesabına nə qədər vəsait köçürüb? – Məbləğ AÇIQLANDIbackend

UEFA klublarımızın hesabına nə qədər vəsait köçürüb? - Məbləğ AÇIQLANDI

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hesabına maliyyə vəsaiti köçürüb.

KONKRET.az xəbər verir ki, AFFA-nın saytında yer alan xəbərə görə, UEFA Millətlər Liqasının 2018-2019-cu il mövsümündə və Avropa çempionatının seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublara yardım ayırıb. Azərbaycan klublarına 1 milyon 137 min 773 avro məbləğində vəsait ödənilib.

Klublarımızdan “Qarabağ”a 436 696, “Neftçi”yə 210 117, “Səbail”ə 172 144, “Sabah”a 88 895, “Qəbələ”yə 80 514, “Sumqayıt”a 64 651, “Zirə”yə 47 870, “Keşlə”yə isə 36 881 avro ödənilib. Həmin vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb.

Qeyd edək ki, “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*