Uinston Çörçilldən Boris Consona qədər – İstefaların səbəbləri – ARAŞDIRMAbackend

Uinston Çörçilldən Boris Consona qədər - İstefaların səbəbləri - ARAŞDIRMA

Tural Əliyev, politoloq

Tanınmış politoloq Tural Əliyev beynəlxalq gündəmə uyğun olaraq Böyük Britaniya Baş nazirlərinin istefa səbəblərini araşdırıb.

KONKRET.az həmin kiçik araşdırmanı təqdim edir:

“Böyük Britaniya Baş nazirlərinin Uinston Çörçilldən Boris Consona qədər istefaları və səbəbləri”.

  1. Uinston Çörçill Konservatorlar partiyasında (1940-1945; 1951-1955). İstefa səbəbi: yaş, xəstəliklə bağlı
  2. Entoni İden, konservator (1955-1957)

1956-cı ildə Misir prezidenti Abdel Nasir Camal səhmdarları Böyük Britaniya və Fransa olan Süveyş kanalının millişdirilməsinə qərar verir, bu da B. Britaniya, Fransa və İsrailin Misirə qarşı hərbi əməliyyatların başlamasına rəvac verdi, nəticədə bütün dünyada neqativ reaksiyalara gətirib çıxarması nəticəsində, təşəbbüskarlardan biri İden istefa verməyə məcbur oldu.

  1. Harold Makmillan (1957-1963), konservator

Rəsmi istefa səbəbi xərçəng xəstələyi olsa da, sonradan diaqnozun səhv olduğu aşkar edilir. Digər versiyaya görə müdafiə naziri Con Profuyum Kristin Kiler adında qadın rəqqasə ilə münasibət qurur, halbuki həmin qadın da Londonda sovet agenti işləyən Yevqeni İvanovla yaxın münasibətdə olur, təbii ki, bu informasiya öz növbəsində böyük səs-küy yaradır, nazirin məxfi məlumatları ötürə bilməsi şübhəsi yaranması ehtimalından müdafiə naziri də istefa vermək məcburiyyətində qalır.

  1. Harold Vilson ( 1964-1970; 1974-1976), Leyborist partiyası

1973- cü ildə Böyük Britaniyada yaranmış neft böhranı ilə əlaqədər ölkə iqtisadiyyatı ağır duruma düşür, inflasiya yüksək temple artır, investorlar kapitallarını ölkədən çıxarmağa başlayır. Həmçinin Vilsonun səhhətindəki problemlər istefanı sürətləndirir. Vəzifəsini tərk edərkən “siyasətçi vaxtında getməlidir” sözlərini demişdir.

  1. Marqaret Tetçer ( 1979-1990), konservator

22 noyabr 1990-cı ildə partiya liderliyi uğrunda səsvermədə (ikinci tur) məğlub olaraq, yerini Con Meycora təhvil verir.

İstefası ilə bağlı müxtəlif versiyalar səsləndirilir, əsasən iqtisadiyyatın pis vəziyyətə düşməsi səbəb göstərilir. Marqaret Tetçer özəl sahibkarlığın və maksimum bazarın liberallaşdırılmasına çalışırdı ki, bu da sosial bərabərsizliyə gətirib çıxardı, nəticədə ölkəni kütləvi etiraz dalğası bürüməsi, konservatorlar partiyasında fikir ayrlığının yaranmasına səbəb oldu, həmçinin partiya rəhbərliyində Avropaya inteqrasiyanın tərəfdarlarları və əlehdarları formalaşdı, halbuki Tetçer inteqrasiyanın o qədər də tərəfdarı deyildi.

  1. Toni Bleyr (1997-2007), leyborist

2007-ci ildə II Elizabate istefa ərizəsini təqdim edir, səbəblərdən biri partiyanın cəmiyyətdə ümumi reytqinin aşağı düşməsi, cəmi 20 faiz britaniyalılar etibar edirdi leyboristlərə, buna təkan verən əsas amil ABŞ-la birgə İraqa qarşı müharibə göstərilir(2003-2010) və partiya rəhbərliyinin korrupsiya qalmaqallarında adlarlarının hallandırılması.

  1. Qordon Braun (2007-2010), leyborist

6 may 2010- ci il seçkilərində nə konservatorlar. nə də leyboristlər birpartiyalı hökümət formalaşdırmaq üçün yetərsay yığa bilmədilər, “Liberal demokratlar” partiyası ilə hökümət qurmaq haqqında danışıqlar isə uğursuzluqla nəticələndi.

  1. Devid Kemeron (2010- 2016), konservator

2016-cı ildə keçirilmiş 23 iyun referedumunda britaniyalıların 52 faizi Avropa İttifaqında qalmasının əleyhinə səs verdilər, Kemeron isə balans saxlamağın tərəfdarı idi.

  1. Tereza Mey (2016-2019), konservator

“Brexit” sazişində narazı qalan partiyadaşları və müxalifətin təzyiqi ilə istefa vermişdir

  1. Boris Conson (2019- bu gün istefa verəcəyi gözlənilir), konservator

Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*