Zelenski Trampın nümayəndələri ilə danışıqlara başladı – FOTO / VİDEObackend

Zelenski Trampın nümayəndələri ilə danışıqlara başladı - FOTO / VİDEO

15:06

Zelenski Trampın nümayəndələri ilə danışıqlara başlayıb. 

KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə danışıqlara başlayıb.

Görüşdən əvvəl Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri də Kiyevə gəlib.

Uitkoff və Kuşner Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Kiyevə səfər ediblər. ABŞ nümayəndə heyətini

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov və Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya qarşılayıb.

Prezident Zelenski də ABŞ nümayəndələrini şəxsən qarşılayıb.

Qeyd edək ki, bundan bir gün əvvəl Uitkoff və Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən görüş keçiriblər.

Kreml görüşdən sonra bildirib ki, ABŞ nümayəndələri Putinə Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı mümkün variantlara dair fikirlərini təqdim ediblər.

Bloomberg-in məlumatına görə, Moskva Ukraynada qarşıya qoyduğu hərbi məqsədlərdən geri çəkilmək niyyətində deyil. Kremlin ətrafındakı mənbələr Putinin müharibəni yalnız Rusiyanın şərtləri əsasında dayandırmağa hazır olduğunu bildiriblər.

Mənbələrin sözlərinə görə, Moskvanın tələbləri getdikcə sərtləşir və Rusiya tərəfi Ukraynaya qarşı müharibədə hərbi üstünlüyə malik olduğuna inanır.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*