Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxıldıbackend

Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxıldı

Ukrayna donanmasının ilk korveti “Getman İvan Mazepa” İstanbulda suya buraxılıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Teleqram hesabında məlumat verib.

“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya endirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya vurğulayıb.

Ukrayna donanması üçün Ada sinifli 2 korvetin tikintisinə 2021-ci ildə başlanılıb. 140,7 milyon dollarlıq layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. Korvet gəmi əleyhinə bütün raketlər üçün uyğunlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*