Ukrayna əsgərləri Almaniyada təlim keçəcəkbackend

Ukrayna əsgərləri Almaniyada təlim keçəcək

“Alman torpaqlarında amerikalılarla birlikdə ukraynalı əsgərlərə artilleriya sistemlərini öyrədəcəyik”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib.

Nazir Ukraynanın birbaşa şirkətlərdən silah almasını dəstəklədiklərini qeyd edib.

Eyni zamanda Lambrext Almaniyanın “Gepard” tipli zenit tanklarının Ukraynaya çatdırılması ilə bağlı qərar verdiyinə diqqət çəkib.

Müdafiə naziri bu fövqəladə vəziyyətdə Ukraynanı dəstəklədiklərini vurğulayaraq, təkbaşına deyil, birlikdə hərəkət etməyin vacib olduğunu bildirib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*