“Ukrayna “Fransa və Almaniyanın səhvinin bədəlini ödəyir”.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib. Kuleba Almaniya və Fransanın 2008-ci ildə Ukraynanı NATO-ya qəbul etməkdən imtina etməsini “strateji səhv” adlandırıb.
XİN rəhbəri qeyd edib ki, Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya müharibəyə başlamağa cəsarət etməzdi.
Kuleba 2008-ci ildə Almaniya və Fransanın ABŞ-la müttəfiqlərinin Ukraynanı Alyansa qəbul etmək niyyətlərinin qarşısını necə aldığını xatırladıb.
Kulebanın fikrincə, Berlin və Paris strateji səhvə yol veriblər və indi bunun əvəzini Ukrayna xalqı ödəyir.
“Bu səhvin bədəlini Almaniya və ya Fransa deyil, Ukrayna ödəyir”,- deyə Kuleba bildirib.
Bu yaxınlarda Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə Ukraynanın NATO-ya qəbul edilməməsinə təəssüflənmədiyini bildirib. O, bu qərarın düzgün olduğuna inanır.
Genişmiqyaslı müharibə başlamazdan əvvəl Yens Stoltenberq qeyd edib ki, Rusiya Federasiyası Ukraynanın gələcəkdə NATO-ya üzv olub-olmayacağına qərar verməyəcək.
Xuraman Etibarlı,
KONKRET.az
