Ukrayna hərbçiləri Rusiyanın “Qərb” hərbi dairəsinin komandanı, general-polkovnik Andrey Sıçevi əsir götürüblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Romanov Layt” məlumat yayıb. Bildirilir ki, müharibə başlayandan indiyədək Rusiya Ukraynada 13 generalını itirib. Lakin indiyədək generalın əsir düşməsi faktı olmamışdır.
“Balakleya, Qusarovka, Şurovka, Bayrak, Verbovka, Yakovenkovo, Volçiy Yar, Çervonıy Yar, Semyonovka, Boqodarovka, Nikolaevkaya nəzarət edən “Zapad” qruplaşmasının komandiri Andrey Sıçev”, – deyə ruslar şərh yazaraq komandirin və onun tabeliyində olanların Xarkov vilayətində məğlub olmasından hiddətləniblər.
Bundan əvvəl ukraynalı jurnalist Roman Tsimbalyuk Rusiya Silahlı Qüvvələrinin sıralarından qovulan Putinin ordu generallarının adlarını çəkib. Səbəb onların Putin müharibəsinin aparılmasında qeyri-qənaətbəxş nəticələrinin olmasıdır.
Xuraman Etibarlı,
KONKRET.az
