Ukrayna hökuməti Deripaska, Yanukoviç və Kurçenkonun aktivlərini BLOKLADIbackend

Ukrayna hökuməti Deripaska, Yanukoviç və Kurçenkonun aktivlərini BLOKLADI

Ukrayna hökuməti iş adamları Oleq Deripaska, Sergey Kurçenko, keçmiş müdafiə naziri Pavel Lebedev və eks-prezident Viktor Yanukoviçin ölkədə yerləşən bütün əmlaklarını müsadirə etməyi planlaşdırır.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.

“Bu qərar onların Ukrayna ərazisindəki bütün əmlaklarının yeni qanunvericiliyə uyğun olaraq  müsadirə edilməsi üçün zəruridir. Biz sistematik olaraq Rusiyanın və vətəndaşlarının bütün əmlakını, vəsaitlərini götürüb ordumuzu bərpa etməyə yönəltməyə çalışırıq”, – Baş nazir yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*