Ukrayna mərhələli şəkildə NATO-ya qəbul edilə bilərbackend

Ukrayna mərhələli şəkildə NATO-ya qəbul edilə bilər

Ukrayna mərhələli şəkildə NATO-ya qəbul edilə bilər.

KONKRET.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.

Onun fikrincə, əvvəlcə Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsi yalnız Kiyevin faktiki suveren gücə malik olduğu ərazilərə şamil edilə bilər.

Almaniyanın “RND” media qrupunun jurnalisti sabiq baş katibdən Ukraynanın yalnız bir hissəsinin, məsələn, qərb ərazisinin NATO-ya qoşulmasını mümkün hesab edib-etmədiyini soruşub.

“Bu, əlbəttə, çətindir. Hər şey Ukraynanın qərarlarından asılı olacaq”, – deyə Alyansın keçmiş baş katibi cavab verib.

Nümunə olaraq o, 1955-ci ildə Qərbi Almaniyanın ittifaqa qəbulunu göstərib.

“Məsələn, razılaşdırıla bilər ki, NATO Nizamnaməsinin 5-ci maddəsi üzrə yardım öhdəlikləri yalnız Kiyev hökumətinin faktiki suveren səlahiyyətə malik olduğu ərazilərə hücum ediləcəyi təqdirdə yerinə yetiriləcək”, – deyə o təklif edib.

Rasmussen hesab edir ki, belə bir qərar qəbul olunarsa, Ukraynanın NATO-ya yolu açılacaq.

Onun fikrincə, 2024-cü ildə keçiriləcək növbəti sammitdə Kiyevə dəvət göndərmək mümkün olacaq.

Xatırladaq ki, Ukrayna 30 sentyabr 2022-ci ildə NATO-ya sürətlə daxil olmaq üçün müraciət edib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, daxil olmaq üçün şərtlərdən biri Ukraynanın Rusiya üzərində qələbəsidir. Vilnüsdə sabah, iyulun 11-də başlayacaq sammitdə bu məsələ müzakirə olunacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*