Ukrayna Milli Polisi: “Rusiya tankları şəhərə yaxınlaşır” – VİDEObackend

Ukrayna Milli Polisi: "Rusiya tankları şəhərə yaxınlaşır" - VİDEO

Rusiya hərbçiləri Zaporojye atom elektrik stansiyasını ələ keçirməyə çalışır.

KONKRET.az xəbər verir ki, Ukrayna Milli Polisinin Mətbuat xidməti rus tanklarının Enerqodara yaxınlaşdığını açıqlayıb:

“Ərazi üzrə nümayəndələr və yerli sakinlər Enerqodara gedən yolu bağlasalar da, iki tank şəhərə yaxınlaşıb. Onlar müdafiəni yarmağa cəhd edir”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün Rusiya ordusu Enerqodara zərbələr endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*