Ukrayna ordusu rus hərbçilərinin SƏSYAZISINI yaydı –  “Bizi çıxarın”backend

Ukrayna ordusu rus hərbçilərinin SƏSYAZISINI yaydı -  "Bizi çıxarın"

Ukrayna hərbçiləri rus hərbçilərinin danışıqlarını əldə edib.

KONKRET.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Səsyazısında rus hərbçilərin Ukraynadan təxliyə olunmalarını xahiş etdikləri eşidilir.

Milli Qvardiyanın çevik reaksiya briqadasının mətbuat katibi Xariton Starski deyub: “Rusların danışıqlarını əldə etdik. Onlar Qostomel yaxınlığında məğlub oldular. Bu, Kiyevə gedən rus kolonalarından biri idi. Ukraynalılar onları İrpen bölgəsində bombaladılar. İşğalçılar Ukraynadan evakuasiya edilməsini xahiş edirlər”.

Səsyazmada rus hərbçilərinin çoxlu itki verdikləri və onların buradan çıxarılması üçün yardım istədikləri aydın olur:

“Yazın. Qostomeldən Kiyevə gedən körpüdə atəşə tutulublar. Avadanlıqlar tamamilə sıradan çıxıb. Bizim bir hissəmiz… Biz meşədə hava limanına doğru irəliləyirik. İndi bundan sonra nə olacağını düşünürük. Mərkəzə çatdırın. Bizə kömək lazımdır. Yəni çıxarılmalıyıq”.

Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*