“Ukrayna öz ərazilərini Rusiya, Macarıstan, Rumıniya və Polşaya verməlidir” – Keçmiş XİN rəhbəri – VİDEObackend

"Ukrayna öz ərazilərini Rusiya, Macarıstan, Rumıniya və Polşaya verməlidir" - Keçmiş XİN rəhbəri - VİDEO

Rumıniyanın keçmiş xarici işlər naziri bildirib ki, Ukrayna öz ərazilərini Rusiya, Macarıstan, Rumıniya və Polşaya verməlidir.

KONKRET.az xəbər verir ki, bunu Rumıniyanın keçmiş xarici işlər naziri Andrey Marqa kitabının təqdimatında bildirib.

“Mən sizə açıq deyəcəyəm, bütün məsuliyyətimlə. Ukrayna qeyri-təbii sərhədlərdədir. O, ərazisini verməlidir: Macarıstan – Zakarpatye, Polşa – Qalisiya, Rumıniya – Bukovina və Rusiya – Donbas və Krım. Bunlar başqa ölkələrin əraziləridir. Əks halda konflikt olacaq”, – Marqa deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*