Ukrayna PUA-sı rus tankını belə məhv etdi – VİDEObackend

Ukrayna PUA-sı rus tankını belə məhv etdi - VİDEO

Ukraynada “ACE ONE” pilotsuz uçuş aparatının konsepti təqdim edilib.

Sözügedən PUA-nın Yutubda Rusiyaya məxsus “Orionun”a bənzər dronunu raketlə vurduğu, ardından da T-90 döyüş tankını məhv etdiyi ilə bağlı görüntülər yayımlanıb.

KONKRET.az xəbər verir ki, “Defence Express” məlumat yayıb.

Qeyd olunur ki, “ACE ONE” quru və hava hədəflərinə qarşı yüksək dəqiqliklə idarə olunan silahlar daşıyacaq və istifadə edə biləcək. Eyni zamanda, yüksək sürətli uçuş aparatı bir tonadək ağırlığa malik silahları daşıya biləcək.

Son günlər mediada çıxış edən siyasi ekspert Taras Zaqorodni rusları Kiyev tərəfindən hazırlanan Sapsan raket sistemindən “qorxmağa” çağırıb. Onun sözlərinə görə, Ukrayna raket proqramını tam olaraq işə salsa, “Rusiyanın mərkəzi hissəsini yeddi-on dəqiqəyə vurmaq” gücündə silahlara sahib olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*