Ukrayna qazın tranzitindən 7 milyarddan çox gəlir əldə edəcəkbackend

Ukrayna qazın tranzitindən 7 milyarddan çox gəlir əldə edəcək

KONKRET.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, yeni müqaviləyə əsasən Ukrayna 5 il ərzində azı 7 milyard dollar gəlir əldə edəcək.

O həmçinin bildirib ki, müqavilə daha 10 il müddətinə uzadıla bilər. Ukrayna Prezidentinin sözlərinə görə, ölkənin qaz nəqliyyat sistemi yüklənəcək və bu vətəndaşların enerji təhlükəsizliyini və rifahını təmin edəcək.

Qeyd edək ki, müqaviləyə əsasən Rusiyanın “Qazprom” şirkəti birinci ildə 65 milyard kubmetr, sonrakı dörd il ərzində isə ildə 40 milyard kubmetr qaz nəql etmək öhdəliyini üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*