Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə bağlı fərman imzalayıb, sənəd artıq qüvvəyə minib.
KONKRET.az xəbər verir ki, bu barədə Müvafiq fərman artıq Ukrayna liderinin saytında dərc olunub.
Prezident Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarını imzalayıb, xüsusilə də ölkənin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apara bilməyəcəyini bəyan edib.
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Avro-Atlantikanın təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya Federasiyasının Ukrayna ərazilərini ilhaq etmək cəhdinə cavab olaraq Ukraynanın hərəkətləri haqqında” qərarına dair 679/2022 saylı fərman imzalayıb.
Milli Təhlükəsizlik Şurasının qərarının birinci bəndində deyilir ki, “Rusiya Federasiyasının Prezidenti V.Putinlə danışıqların aparılmasının qeyri-mümkünlüyü” göstərilir.
Qeyd edək ki, prezidentin sərəncamları dərc edildiyi andan qüvvəyə minir.
Xuraman Etibarlı,
KONKRET.az
