Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdibackend

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür etdi

“Verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik”.

KONKRET.az-ın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında bildirib:

“İnsan münasibətlərinin səmimiyyəti məhz çətin anlarda sınanır, çünki əsl dost dar gündə tanınır. Ölkəmizə, igid və yenilməz əsgərlərimizə, düşmənə kişilərlə birlikdə mərdliklə sinə gərən analarımıza, həyat yoldaşlarımıza və bacılarımıza, öz doğma və azad torpağında böyümək, oxumaq istəyən övladlarımıza verdiyi dəstəyə görə qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkür edirik. Vətəndaş mövqeyinizdən təsirləndik və biganə qalmadığınız üçün minnətdarıq. Biz qalib gələcəyik!” – səfir paylaşımında vurğulayıb.

  • Garachanta
    Fevral 26, 2022 - 21:05

    millətin “vəkilləri” hardadır….qarın ağrısına düşüblər….heç olmasa 1 gün “kişi” olun…gərək hər şeyi Prezidentimiz desin, ay qoyunlar…niyə onun üzünü qara edirsiniz…çıxın bir dəstək ifadə edin UKRAYNA DÖVLƏTİNƏ…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*