Ukrayna telekanalları: “Fransanın ermənipərəst mövqeyi çox təhlükəli tendensiyadır!” – VİDEObackend

Ukrayna telekanalları: "Fransanın ermənipərəst mövqeyi çox təhlükəli tendensiyadır!" - VİDEO

“Fransanın ermənipərəst mövqeyi çox təhlükəli tendensiyadır!”.

KONKRET.az xəbər verir ki, bu informasiyanı Ukrayna telekanalları yayıb.

“Birləşmiş xəbərlər” ümumukrayna telemarafonu:

“Fransada erməni lobbisi sayəsində indi Ermənistanı dəstəkləməyə, onu qurban kimi təqdim etməyə, Ukrayna ilə eyniləşdirməyə çalışırlar. Guya erməniləri silahla təmin etmək lazımdır. Amma nədənsə unudurlar: əslində Ermənistanın yox, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub.

Azərbaycan ərazi bütövlüyünü bərpa edir. Qarabağa (erməni separatçılarına) silah vermək isə “LDXR”-ə silah verməklə eynidir. Bu absurddur. Çünki Avropanın  ermənilərə verəcəyi silahlar rusların əlinə keçə bilər və Avropaya qarşı müharibədə istifadə oluna bilər.

Fransada isə daha bir çox təhlükəli tendensiya var – Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırışlar… Azərbaycanın enerji daşıyıcılarına qarşı embarqo çağırışı edənlər Rusiya Federasiyasının dəyirmanına su tökürlər. Bu, çox təhlükəli tendensiyadır”.

Qeyd edək ki, bu məlumat dünən Ukraynanın bütün telekanallarında yayımlanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*