Ukrayna tərəfindən vurulan “Moskva” raket kreyseri Qara dənizdə batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya Qara dənizdə bahalı kreyserini itirdiyini etiraf edib.
Qeyd olunur ki, gəminin təyinat limanına yedəklənməsi zamanı gövdə zədələndiyi üçün gəmi sabitliyini itirib.
“Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində yanğın zamanı alınan gövdə zədələndiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb”, – deyə Müdafiə Nazirliyi yazır.
Ukraynanın “Forbes” jurnalı Rusiyanın “Moskva” raket kreyserinin təxmini dəyərini 750 milyon dollar dəyərində qiymətləndirib. “Moskva” Ukraynanın işğalı başlayandan bəri Rusiya Federasiyasının ən bahalı itkisi olub.
Xatırladaq ki, kreyserdəki ekipaj daha əvvəl təxliyə edilib.
Xuraman Etibarlı,
KONKRET.az
