Ukrayna və Gürcüstan arasında qalmaqal – Nə baş verib?backend

Ukrayna və Gürcüstan arasında qalmaqal - Nə baş verib?

Ukrayna səfirliyi Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Ukraynadan Rusiyaya partlayıcı qurğuların və partlayıcı maddələrin ölkə ərazisi vasitəsilə keçirilməsi cəhdi ilə bağlı bəyanatını şərh edib.

KONKRET.az xəbər verir ki, diplomatik nümayəndəlik məsələni siyasiləşdirməməyə çağırıb və Gürcüstanın hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bazar ertəsi bildirib ki, ölkədə partlayıcı qurğular və külli miqdarda partlayıcı maddə aşkar edilib, onların bir qismi Gürcüstan vasitəsilə Ukraynadan Rusiyaya çatdırılmağa cəhd edilib.

Ümumi çəkisi 14 kq olan partlayıcılar ölkəyə elektromobil akkumulyatoru adı ilə daxil olub. Yük Odessadan Rumıniya, Bolqarıstan və Türkiyə vasitəsilə göndərilib və yanvarın 19-da Sarpi keçid məntəqəsindən Türkiyə-Gürcüstan sərhəddini keçib. Daha sonra cihazların yarısını Rusiyaya keçirmək cəhdi olub, lakin Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, daşınmanın təşkilatçısı Batumi sakini, Ukrayna vətəndaşı, 2020-ci ildə Odessa vilayətinin Radasına “Xalqın qulluqçusu” partiyasından namizədliyini irəli sürmüş Andrey Şaraşidzedir. İş üzrə təqsirləndirilən şəxslər arasında daha altı Gürcüstan, üç Ukrayna və iki Ermənistan vətəndaşı var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*