Ukrayna xarici legion yaradır. Əslində bu, Əhməd Zakayevin Avropanın hər yerindən çeçenləri Rusiyaya qarşı döyüşməyə cəlb etmək təklifini qəbul etmək qərarı kimi də şərh oluna bilər.
KONKRET.az xəbər verir ki, indi Lavrov və Narışkinin xəbərdarlıq etdiyi kimi, Balkan yarımadasından yaraqlıların axını da Ukraynaya töküləcək.
Ukrayna tərəfində döyüşmək üçün artıq Xorvatiyadan cəbhəyə könüllülər göndərilir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib: “Ukrayna rəhbərliyi Rusiya qüvvələrinə müqavimətə və dünya təhlükəsizliyinin qorunmasına qoşulmaq istəyən bütün əcnəbilərə dövlətimizə gəlməyi və Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Men döyüşmek isteyirem
Döyüşmek