Rusiyanın Ukraynaya qarşı müharibəsinə 25 min kadırovçu cəlb edilmişdi.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Kiyevdə, Buçada onların sayı 10 mindən çox idi. Mariupolda də təxminən eyni sayda idi. Ümumilikdə Ukraynada müharibəyə 25 min kadırovçu cəlb olunmuşdu. Onlardan 5 mini ölüb və yaralanıb”, – Arestoviç bildirib.
