Ukraynada 6 yaşlı qıza 4 yaşlı oğlanın ürəyi köçürüldübackend

Ukraynada 6 yaşlı qıza 4 yaşlı oğlanın ürəyi köçürüldü

Ukraynada 6 yaşlı qıza 4 yaşlı oğlanın ürəyi transplantasiya edilib.

KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, cərrahiyyə əməliyyatı 3 saat davam edib və uğurla başa çatıb. Bildirilir ki, ilk dəfədir Ukraynada belə bir əməliyyat keçirilir.

4 yaşlı oğlanın anası Sotnikova bunları yazıb:

“Uşağımın həyatını itirməsi qaçılmaz idi. Gecə saatlarına qədər əməliyyatın nəticəsini gözlədim. Mənə deyəndə ki, artıq ürək döyünür, ilk dəfə səmimi şəkildə gülümsədim. Oğlumun ürəyi döyünürdü!”

Nəşr qeyd edir ki, ürəyi başqasına köçürülən oğlanın daha üç orqanı – iki böyrəyi və bir qaraciyəri Kiyevdəki başqa xəstəxanada iki uşağa transplantasiya olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*