Noyabrın 8-də Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.
“Report” xəbər verir ki, bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.
Görüşdəı həmçinin iki ölkə arasında turizm əməkdaşlığı, Ukrayna iqtisadiyyatına Azərbaycan sərmayələrinin yatırılması məsələləri müzakirə olunub.
“Həqiqi təmas nöqtələrini tapmaq, qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın günlərdə Ukraynada iqtisadi forum keçirməyi nəzərdə tuturuq” – deyə səfir qeyd edib.
