Rusiya hərbçiləri Ukraynada döyüşməkdən imtina etdikləri üçün onlara pul ödənmir və hədələnirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Facebook-da məlumat yayıb.
Rus əsgərləri Ukraynaya qarşı müharibədə iştirakdan imtina etdikləri üçün işdən çıxarılmaqla hədələnirlər. Hərbçilərə vəd edilmiş pullar az məbləğdə ödənilir.
Qeyd edək ki, çaxnaşma yaratmamaq üçün Ukraynada həlak olan rus hərbçilərin cənazələri Rusiyaya kiçik partiyalarla gətirilməyə başlanıb.
Eyni zamanda, hərbi xidmət müqaviləsinə hərbi əməliyyatların aparıldığı ərazidən asılı olmayaraq tapşırıqların yerinə yetirilməsinə razılıq haqqında bəndin əlavə edilməsi qərara alınıb.
Bu qərar kütləvi ixtisarların qarşısını almaq üçün verilib.
Xuraman Etibarlı,
KONKRET.az
