Ukraynada hərbi təyyarə qəzaya düşdü: 25 nəfər öldü – VİDEO – YENİLƏNİBbackend

Ukraynada hərbi təyyarə qəzaya düşdü: 25 nəfər öldü - VİDEO - YENİLƏNİB

Ukraynanın Xarkov vilayətində qəzaya uğramış hərbi təyyarə barəsində yeni məlumatlar əldə olunub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki,  təyyarənin göyərtəsində 27 nəfər olub.

Belə ki, təlim uçuşunda iştirak etməli olan kursantlardan biri isə son anda uçuşa buraxılmayıb.

Bundan əlavə, ölənlərin sayı artaraq 25 nəfərə çatıb.

Sağ qalan iki nəfər isə qəzadan əvvəl özlərini təyyarədən atmağa imkan tapıbmışlar.

***

23:04
Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Strana” saytı məlumat yayıb.

“Xarkov vilayətinin Çuquyeva rayonu yaxınlığında təyyarə qəzaya uğrayıb. Ehtimal olunur ki, qəzaya uğrayan An-26 hərbi-nəqliyyat təyyarəsidir”, – məlumatda qeyd olunub. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*