Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik qışa qədər UZADILDIbackend

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik qışa qədər UZADILDI

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik noyabrın 21-dək uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə öz teleqramında ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti demək olar ki, qışa qədər – 2022-ci il noyabrın 21-dək uzadılıb.

Parlament hərbi vəziyyətin 21 noyabr 2022-ci il tarixinədək 90 gün uzadılmasını dəstəkləyib. Rada həmçinin “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanın təsdiqini dəstəkləyib”, – məlumatda deyilir.

Hər iki qərarın lehinə 328 xalq deputatı səs verib. Sənədləri parlamentə Ukrayna Prezidenti Volodimir Zelenski təqdim edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*