Ukraynada Zelenski-Şolts görüşü BAŞLAYIBbackend

Ukraynada Zelenski-Şolts görüşü BAŞLAYIB

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Kansleri Olaf Şolts arasında görüş başlayıb.

KONKRET.az-ın RİA “Novosti”yə istinadən xəbərinə görə, görüşdə Ukrayna ətrafında yaranmış gərginlik müzakirə edilir.

Olaf Şoltsun Vladimir Zelenski ilə görüşdən bir gün sonra Moskvaya səfər edəcəyi və burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.

Almaniya Kanslerinin ofisindən jurnalistlərə bildirilib ki, Olaf Şoltsun Moskvaya Kiyevdən uçması Ukrayna ilə həmrəylik və güclü dəstək siqnalı kimi anlaşılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*