“Ukraynadakı hərbi əməliyyatları tənqid edənlər vətəndaşlıqdan məhrum edilsin”.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. O, Rusiya hərbçilərinin Ukraynadakı əməliyyatlarını tənqid edən rusları vətəndaşlıqdan məhrum etməyi təklif edib.
“Onlar bəyanatlar verirlər, onları öz şəxsi fikirlərini sülh uğrunda mübarizə kimi təqdim edirlər, amma əslində bütün bunlar NATO ölkələrindən birinin səhnə əsəri olduğu ortaya çıxır. Aktyorlar rollarını oynadıqdan sonra Dövlət Departamentindən mükafatlarını alırlar”, – deyə Volodin bildirib.
Volodinin sözlərinə görə, rusların böyük əksəriyyəti “Ukraynada xüsusi hərbi əməliyyatı” dəstəkləyir, lakin onun sözlərinə görə, “alçaq, xain” davrananlar da var.
Xuraman Etibarlı,
KONKRET.az
