Ukraynalı deputat köməkçisi: “Kiyevdə separatçılarla döyüşlər gedir, biz sığınacaqda yaşayırıq” – ÖZƏLbackend

Ukraynalı deputat köməkçisi: “Kiyevdə separatçılarla döyüşlər gedir, biz sığınacaqda yaşayırıq” - ÖZƏL

Ukraynada vəziyyət gərginləşdikcə döyüş bölgəsində baş verənlərlə bağlı dezinformasiyalar da artır. Rusiyayönlü media orqanları Ukraynanın təslim olduğunu, prezident Zelenskinin ölkədən qaçdığını yazsa da, hələlik bu məlumatların heç biri təsdiqini tapmayıb.

Ukrayna Ali Radasının deputat köməkçisi, Krım Tatarı Faridanın KONKRET.az-a veridyi özəl açıqlamaya görə, Rusiyanın hava hücumları demək olar ki, bütün gecə davam edib: “Kiyevdə separatçılarla döyüşlər gedir. Biz sığınacaqda yaşayırıq. Ukrayna xalqı öz vətəni uğrunda uğurla döyüşür. Moskvanın dezinformasiyalarına inanmayın, müqavimətimiz çox güclüdür”.

Deputat köməkçisi əlavə edib ki, fevralın 26-sı Krımın Rusiya işğalına qarşı müqavimət günüdür: “Bu gün müqavimət göstərməliyik. Üstümüzə qılıncla gələn hər kəs qılıncdan da öləcək. Krım tatarları və  başqa millətlər  Ukrayna ilə bir yerdədir. Ukrayna Silahlı Qüvvələri işğalçılara qarşı uğurla döyüşür. Silahlı Qüvvələrimizi dəstəkləyirik” – deyə o bildirib.

“Media vasitəsilə dünyaya bu işğalçı müharibə və tələblərimiz haqda məlumat çatdırmalıyıq” – deyə deputat köməkçisi fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*