“Ukraynalıları məhv etməyə çalışır” – Bayden Putini günahlandırdıbackend

“Ukraynalıları məhv etməyə çalışır” - Bayden Putini günahlandırdı

Rusiya prezidenti Vladimir Putin Ukrayna mədəniyyətini və kimliyini məhv etməyə çalışır.

KONKRET.az “The Washington Post”a istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Co Bayden ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.

Amerika lideri Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbələrini pisləyərək qeyd edib ki, Putin “Ukrayna xalqının mədəniyyətini və kimliyini məhv etməyə çalışır”.

Bundan əlavə, Bayden bildirib ki, Putinin hərəkətləri NATO-nun genişlənməsinə gətirib çıxarıb, Finlandiya və İsveçi Alyansa qoşulmağa sövq edib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*