Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Ali Radada sənəd imzalandıbackend

Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Ali Radada sənəd imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski, baş nazir Denis Şmıqal və Ali Radanın sədri Ruslan Stefançuk iyulun 1-də parlamentin iclasında Avropa İttifaqına tamhüquqlu üzvlüyün əldə olunması ilə bağlı bəyanata imza atıblar.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya “Korrespondent.net” nəşrində yerləşdirilib.

“Bu gün biz Avropa İttifaqına üzvlüklə bağlı birgə bəyanata imza atırıq. Bu, hakimiyyətin bütün qollarının birliyinin siqnalı və strateji hədəfimizə nail olmaq əzmimizin sübutudur”, – deyə Zelenski bildirib.

“Biz 115 gün namizədliyə doğru yol getmişik. Üzvlük yolumuz onilliklər, illər çəkməməlidir. Bu yolla tez getməliyik. Bunun tez baş tutması isə bizdən asılıdır. Öz üzərimizə düşən işi mükəmməl görməliyik. Aİ-dəki dostlarımıza bizim üçün daha bir tarixi qərar qəbul etməyə təkan verməliyik”, – deyə Zelenski qeyd edib.

Həmçinin, parlamentin iclasına Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen video müraciət edərək qoşulub. Sonda Radanın binasında Aİ bayrağı asılıb.

Xatırladaq ki, iyunun 23-də Avropa Şurası Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verib. Bu qərar Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*