“Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır” – Kissincerbackend

"Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır" - Kissincer

“Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır”.

KONKRET.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

O bildirib ki, Rusiyanın dəhşətli cinayətlərindən sonra Ukraynaya NATO üzvü kimi yanaşmaq lazımdır.

99 yaşlı diplomatın fikrincə, “püşk atılıb və Rusiya Ukraynada özünü bu cür aparandan sonra” Ukraynaya bu və ya digər şəkildə NATO üzvü kimi yanaşmaq lazımdır.

Amma eyni zamanda Kissincer qeyd edib ki, 2014-cü ildən sonra Rusiyaya işğal olunmuş əraziləri ilhaq etməyə imkan verəcək həll yolu tapıla bilər. Eyni zamanda, o, belə bir nizamlanmanın 8 il əvvəl münaqişənin sabitləşdirilməsinə dair yerinə yetirilməmiş razılaşmadan nə ilə fərqlənəcəyini bilmir.

Xatırladaq ki, bu ilin mayında Kissincer Ukraynanı Rusiya Federasiyasına ərazi güzəştlərinə getməyə çağırıb. Daha sonra Volodimir Zelenski Kissincerə sərt cavab verib. Diplomat özü qalmaqallı açıqlamasına haqq qazandırmağa başlayıb.

Kissincer Ukraynada müharibənin bitməsi ilə bağlı üç ssenari də açıqlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*